Bolqarıstana ixrac edilən Azərbaycan neftinin həcmi məlum oldu
Cari ilin yanvar-may aylarında Azərbaycandan Bolqarıstana ixrac edilən neftin həcmi açıqlanıb.
Ajans.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dərc etdiyi xarici ticarətin gömrük statistikasına əsasən, yanvar-may aylarında Azərbaycandan Bolqarıstana 182,3 milyon ABŞ dolları dəyərində 278 min ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub.
Komitənin məlumatına görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 134,1 milyon ABŞ dolları və ya 3,8 dəfə, həcm baxımından isə 198,7 min ton və ya 3,5 dəfə çoxdur.
Mövzular: