İran ABŞ-nin hücumlarında 17 nəfərin öldüyünü bildirib
ABŞ-nin 8 və 9 iyul tarixlərində İran ərazisinə endirdiyi zərbələr nəticəsində ən azı 17 nəfər ölüb, 115 nəfər yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə İslam Respublikası Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur bildirib.
"8 və 9 iyul tarixlərində ABŞ-nin ölkənin altı şəhərinə hava hücumları nəticəsində 115 nəfər yaralanıb. Təəssüf ki, 17 həmvətənimiz həlak olub", - deyə o qeyd edib.
Mövzular: