Bu ölkədə istilərə görə qırmızı təhlükə ELAN EDİLDİ
Fransada anomal istilər səbəbindən 96 departamentdən 37-də ən yüksək (qırmızı) səviyyəli hava təhlükəsi elan olunub.
Ajans.az xəbər verir ki, bu barədə məlumat "Météo-France" milli meteoxidmətinin saytında yerləşdirilib.
Məlumata görə, daha 59 departamentdə isə narıncı təhlükə səviyyəsi tətbiq edilib. Hazırda respublikada maksimum temperatur müsbət 37 dərəcə təşkil edir, lakin onun müsbət 41 dərəcəyədək yüksələcəyi ehtimal olunur.
Mövzular: