Reklam resmi
Reklam resmi

Sürücülərin NƏZƏRİNƏ – Bu yollar BAĞLI OLACAQ

Sürücülərin NƏZƏRİNƏ – Bu yollar BAĞLI OLACAQ
Cəmiyyət

Paytaxtın bəzi küçələrində aparılacaq təmir işləri ilə əlaqədar 13 iyul 2026-cı il saat 07:00-dək aşağıdakı yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq.

Bu barədə Ajans.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Həmin yolların siyahısını təqdim edirik:

- Səməd Vurğun küçəsi - (Füzuli küçəsindən A.A.Bakıxanov küçəsinədək);

- Nazim Hikmət küçəsi - (H.B.Zərdabi-Mətbuat prospektlərindən A.M. Şərifzadə küçəsinədək).

- Sənan Abdullayev küçəsi (Baksol yolu) - (Z.Bünyadov prospektindən S.Abdullayev küçəsi, döngə 1-dək);

“Aparılan işlərlə əlaqədar yaranacaq müvəqqəti narahatlığa görə sürücülərdən anlayış göstərmələri və qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri xahiş olunur”, - deyə AAYDA-dan bildirilib.

Mövzular:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı

Digər Xəbərlər