İsrail ordusunu döyüş hazırlığı vəziyyətinə GƏTİRDİ
İsrailin müdafiə naziri İsrael Katz bəyan edib ki, ölkə ehtiyac yaranacağı təqdirdə İrana qarşı hərbi kampaniyanı bərpa etməyə və "daha böyük qüvvə ilə" yeni zərbələr endirməyə hazırdır.
Ajans.az xəbər verir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.
"Ordu döyüş əməliyyatlarını bərpa etmək, səmada yenidən üstünlük qazanmaq və təhdidləri aradan qaldırmaq üçün İrana zərbələr endirməyə, ehtiyac yaranarsa, hətta üçüncü dəfə tam hazırdır və yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib", — deyə Katz hərbi mərasim zamanı bildirib.
Mövzular: