Reklam resmi
Reklam resmi

Bürclərə vacib məsləhətlər

Bürclərə vacib məsləhətlər
Maraqlı

 7 iyul – gündəlik bürclər proqnozu.

Ajans.az günün ulduz falını təqdim edir:

Qoç: Nəyə başlamağınızdan asılı olmayaraq, nəticələri dərhal gözləməyin. Səbirli olmaq və hadisələri tələsdirməmək günün uğurlu açarıdır.

Buğa:  Şəxsi həyatınızda bəzi anlarda mövqelərinizi sərt şəkildə qorumalı olacaqsınız. Kimsənin müdaxiləsinə yol verməyin.  Axşam sizi romantik bir sürpriz gözləyir.

Əkizlər:  Qazandığınız mövqeni qorumağa çalışın. İşdəki uğurlarınız tamamilə sizin əzminizdən və səylərinizdən asılıdır.

Xərçəng:  Özünüzdən yaşlı insanların məsləhətinə və dəstəyinə ehtiyacınız ola bilər.  Uzaqdan gələn xəbərlər sizi sevindirəcək.

Şir:  İstədiyinizə çatmaq üçün bu gün bir qədər çox enerji sərf etməli ola bilərsiniz. Sınaqlara hazır olun, onları ləyaqətlə dəf edərək nüfuzunuzu artıra bilərsiniz.

Qız: Ailə daxilindəki anlaşılmazlıqları aradan qaldırmaq üçün vaxt ayırmalı olacaqsınız. Uzaq qohumlarınızla təmas qura bilərsiniz.

Tərəzi:  Ətrafınızdakılar sizdən kömək gözləyir, lakin öz probleminiz olanda onların yanınızda olmadığını görə bilərsiniz. Buna görə kefinizi pozmayın.

Əqrəb: Təklikdə hər şeyin öhdəsindən daha yaxşı gəlirsiniz. Dünyagörüşünüzü genişləndirəcək məşğuliyyətlərə (teatr, kino və s.) vaxt ayırın.

Oxatan:  Emosional fonda qeyri-sabitlik ola bilər. Səbirli davranmağa çalışın. Maraqlı insanlarla vaxt keçirmək gününüzü daha xoş edəcək.

Oğlaq:  Tərəfdaşlıq və münasibətlər diqqət mərkəzindədir.  Köhnə anlaşılmazlıqları aradan qaldırmaq üçün uyğun gündür. İş həyatında isə məsuliyyətləriniz arta bilər.

Dolça:  Gündəlik işlər və sağlamlıqla bağlı məsələlər ön plana çıxa bilər. Planlarınızdakı gözlənilməz dəyişikliklərə çevik yanaşmağınız sizə üstünlük qazandıracaq.

Balıq:  Həyatınıza oyunbaz və yaradıcı enerji daxil olur. Lakin bəzi gözlənilməz kəsintilər yaşana bilər. Sorumluluq hissi özünüzü tam ifadə etməyinizə mane olmasın.

Mövzular:
bürclər ulduz falı astroloqlar

Digər Xəbərlər