İraqda Əli Xamenei ilə vida mərasimləri keçirilir
İraqda İranın keçmiş ali lideri Əli Xamenei ilə vida mərasimləri davam edir.
Ajans.az "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, Xameneinin cənazəsi iyulun 7-si axşam saatlarında İraqın Nəcəf şəhərinə gətirilib. Burada keçirilən kütləvi yürüşdən sonra tabut şiələr üçün müqəddəs şəhərlərdən biri olan Kərbəlaya aparılıb. Vida mərasiminin Kərbəlada davam etdirildiyi bildirilir.
Məlumata əsasən, mərasimdə iştirak etmək üçün İraqa gələn İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə İran arasında baş verən hava hücumları fonunda gecə saatlarında Tehrana qayıdıb.
Vida mərasimində İraqın nüfuzlu şiə lideri Müqtəda əs-Sədrin də iştirak etdiyi qeyd olunur.
Mövzular: