Reklam resmi
Reklam resmi

Bu hava limanında ELEKTRİK KƏSİLDİ

Bu hava limanında ELEKTRİK KƏSİLDİ
Dünya

Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında güclü yağışlar səbəbindən elektrik enerjisinin verilişində fasilə yaranıb.

Ajans.az xəbər verir ki, hava limanının terminal binasında tavandan su sızması da qeydə alınıb.

Hava limanının yaydığı açıqlamada bildirilib ki, insident əlverişsiz hava şəraiti ilə əlaqədar baş verib.

"Texniki qrupumuz hadisə yerində işləyir və problemi mümkün qədər qısa müddətdə aradan qaldırmağa çalışır. Təhlükəsizlik məqsədilə sərnişinlər təxliyə edilib", – açıqlamada qeyd olunub.

Qeyd edək ki, Tbilisidə artıq ikinci gündür aramsız güclü yağışlar müşahidə olunur.

author picture
Leyla Bayandurlu
Mövzular:
Tbilisi Beynəlxalq Hava Limanı Gürcüstan

Digər Xəbərlər