Çin səfiri Almaniya XİN-ə çağırıldı
Almaniya Çinin ölkədəki səfirini Xarici İşlər Nazirliyinə (XİN) təcili danışıqlara dəvət edib.
Ajans.az xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.
Məlumata görə, görüşə Çində Rusiya hərbçilərinin hazırlıq keçməsi ilə bağlı yayılan xəbərlər səbəb olub. Almaniyanın xarici işlər naziri Yohann Vadefulun ofisindən bildirilib ki, bu məlumatlar ciddi narahatlıq doğurur. Qeyd olunub ki, Almaniyanın mövqeyinə görə, Rusiya Avroatlantik təhlükəsizliyi üçün ən böyük təhdiddir.
Mövzular: