Reklam resmi
Reklam resmi

Ağır qəzada yaralanan şəxsin vəziyyəti AÇIQLANDI

Ağır qəzada yaralanan şəxsin vəziyyəti AÇIQLANDI
Hadisə

Sabunçuda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxsin son vəziyyəti məlum olub. 

Ajans.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib:

"02.07.2026-cı il tarixində saat 17:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, "Koroğlu" istiqamətindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. 1 nəfər isə (qadın) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Tibb müəssisəsinin müvafiq şöbəsində zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb".

Mövzular:
qəza sabunçu ölü yaralı

Digər Xəbərlər