Türkiyədə çimərlikdə başlayan güclü yanğın meşəyə YAYILDI
İstanbulun Büyükada adasında yerləşən çimərlik obyektlərindən birində baş verən yanğın güclü küləyin təsiri ilə qısa müddətdə meşəlik əraziyə yayılıb. Yanğının söndürülməsi üçün havadan və qurudan əməliyyat davam etdirilir. Hadisə nəticəsində tüstüdən zəhərlənən 4 nəfər xəstəxanaya çatdırılıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, yanğın hələlik naməlum səbəbdən Adalar rayonunun Nizam məhəlləsində, Güldalı küçəsində yerləşən Viranbağı çimərliyinin restoran hissəsində başlayıb. Alovlar qısa müddətdə genişlənərək çimərliyin arxasındakı meşəlik əraziyə keçib.
Mövzular: