Reklam resmi
Reklam resmi

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin iştirakçıları Ağdamda İblis tamaşasını izləyiblər  

Cəmiyyət

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi”nin qonaqları iyulun 1-də Ağdam Muğam Mərkəzində Azərbaycan Dövlət Pantomim Teatrının təqdimatında dahi Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsəri əsasında hazırlanan eyniadlı tamaşanı izləyiblər.

Ajans.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Bəhruz Əhmədli, İblis obrazının ifaçısı isə Əməkdar artist Səbinə Hacıyevadır.

Tamaşada həmçinin Nurlan Rüstəmov, Elxan Şahaliyev, Elmin Qiyaslı, Cavad Nuriyev, Hüseyn İsmayılov, Solmaz Bədəlova, Nuridə Musabəyli və Jalə Novruzova çıxış ediblər.

Tamaşada hadisələr müharibələrin, zorakılığın və səfalətin tüğyan etdiyi bir dövrdə cərəyan edir. Səhnə əsəri insanların öz çirkin əməllərinə bəraət qazandırmaq üçün bir başçı təyin edib bütün günahları onun üzərinə atmaq cəhdlərini diqqətə çatdırır. Münaqişə də məhz ondan başlayır ki, bu dəfə seçdikləri rəhbər onların əlində alətə çevrilmək istəmir. Sona qədər davam edən bu mübarizədə çoxluq qalib gəlir.

Tamaşada əks olunan hadisələr bütün zamanlar və xalqlar üçün aktualdır. Səhnə əsərində insanlıq və iblis arasındakı bitməyən mübarizə zəngin pantomim dili ilə canlandırılıb.

Mövzular:
Birinci Türkoloji Qurultay 100 illik yubiley İblis tamaşası

Digər Xəbərlər