İngiltərə mətbuatında səs-küylü KARİKATURA
Britaniyanın The Guardian qəzeti istefa verəcəyini açıqlayan Baş nazir Keir Starmerə həsr olunmuş satirik karikatura dərc edib.
Ajans.az xəbər verir ki, karikaturada Starmerin gələcək varisi hesab olunan Endi Börnemə üzərində "Müdafiə maliyyəsi" sözləri yazılmış, sancağı çıxarılmış qumbara uzatdığı təsvir olunub. Eyni zamanda, Starmerin "İnciməyin" dediyi göstərilir.
Karikatura Böyük Britaniyanın müdafiə büdcəsindəki problemlərə işarə edir. Məlumata görə, yeni baş nazir milyardlarla funt sterlinqlik büdcə kəsirini aradan qaldırmalı olacaq. Bildirilir ki, Endi Börnem müdafiə büdcəsindəki 4,7 milyard funt sterlinq (təxminən 6,2 milyard ABŞ dolları) həcmindəki kəsir barədə yalnız iyunun 30-da müvafiq sənəd dərc edildikdən sonra məlumat əldə edib.
Xatırladaq ki, Keir Starmer iyunun 22-də hakim Leyborist Partiyasının lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb. O, qərarı barədə Böyük Britaniya kralı III Çarlzı da məlumatlandırdığını bildirib.
Həmin gün Kremlin mətbuat katibi Dmitri Peskov Starmerin Rusiya–Böyük Britaniya münasibətlərində mühüm rol oynamadığını bildirib və onun istefasından sonra da bu istiqamətdə ciddi dəyişiklik gözləmədiyini vurğulayıb.