Reklam resmi
Reklam resmi

Meksikada "Betmen" ləqəbli naməlum şəxs cinayətkarları CAZALANDIRIR

Meksikada \"Betmen\" ləqəbli naməlum şəxs cinayətkarları CAZALANDIRIR
Dünya

Meksikanın Xalisko ştatında "Meksikalı Betmen" ləqəbi ilə tanınan naməlum şəxs oğurluqda şübhəli bilinən şəxsləri tutaraq işıq dirəklərinə yapışqanlı lentlə bağlaması ilə gündəmə gəlib.

Ajans.az xəbər verir ki, bu barədə The Sun nəşri məlumat yayıb.

Məlumata görə, hadisələr Laqos de Moreno şəhərində baş verir. Naməlum şəxs saxladığı kişilərin ağızlarını yapışqanlı lentlə bağlayır, alınlarına isə "Oğru" sözünü yazır. Onların yaxınlığında oğurlandığı ehtimal edilən motosikletlər də qoyulur.

Bildirilir ki, "Meksikalı Betmen" iyunun ortalarından etibarən fəaliyyət göstərməyə başlayıb. Son iki həftə ərzində o, beş nəfəri eyni üsulla işıq dirəklərinə bağlayıb. Bəzi hallarda onların üzünə markerlə pişik bığları da çəkilib ki, bu da naməlum şəxsin özünəməxsus "imzası" hesab olunur.

Polis isə bu hadisələrdə dirəklərə bağlanan şəxsləri zərərçəkmiş kimi qiymətləndirir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlardan bəziləri ciddi şəkildə döyülüb.

Hazırda "Meksikalı Betmen" ləqəbli naməlum şəxsin axtarışı davam edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Meksika Betmen

Digər Xəbərlər