Reklam resmi
Reklam resmi

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 13 nəfər saxlanılıb

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 13 nəfər saxlanılıb
Dünya

Türkiyənin Düzce və Bursa vilayətlərində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 13 nəfər saxlanılıb.

Ajans.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Məlumata görə, əməliyyat Düzce Baş Prokurorluğunun koordinasiyası ilə Kəşfiyyat İdarəsi və Terrorla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi təyinatlı qüvvələrin dəstəyi ilə həyata keçirilib.

Əməliyyat terror təşkilatının fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində əvvəlcədən müəyyən edilmiş ünvanlarda eyni vaxtda keçirilib.

Lazımi prosessual tədbirlər başa çatdıqdan sonra saxlanılan 13 nəfərin hamısı məhkəməyə təhvil verilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə İŞİD

Digər Xəbərlər