Reklam resmi
Reklam resmi

Merilin Monronun yanında dəfn olunmaq üçün PUL ÖDƏDİ

Merilin Monronun yanında dəfn olunmaq üçün PUL ÖDƏDİ
Dünya

ABŞ-də yaşayan texnologiya investoru Entoni Ceybin əfsanəvi aktrisa Merilin Monronun yanında dəfn olunmaq hüququ əldə etmək üçün 195 min dollar ödəyib.

Ajans.az xəbər verir ki, bu barədə The New York Post məlumat yayıb.

62 yaşlı investor 2024-cü ildə Julien's Auctions hərracında Los-Ancelesdə yerləşən Pierce Brothers Westwood Village Memorial Park qəbiristanlığında bir nəfərlik məqbərə yerini 195 min dollara satın alıb. Məzar yeri Merilin Monronun dəfn olunduğu kriptanın bir sıra yuxarısında və sol tərəfində yerləşir.

Ceybin bildirib ki, bu qərarı aktrisaya olan uzunillik heyranlığı səbəbindən verib.

"Merilin Monronun yanında dəfn olunmaq üçün yer aldım, çünki bu, bütün dövrlərin ən ikonik aktrisalarından biri ilə əbədiyyəti bölüşmək üçün ömürdə bir dəfə yaranan fürsətdir. O, həmişə mənim ən sevdiyim sarışın olub", – deyə o bildirib.

Onun sözlərinə görə, hər il Merilin Monronun doğum günündə qəbirinə gül göndərir.

Məlumata əsasən, son illər ABŞ-də varlı şəxslər məşhur aktyorların, musiqiçilərin və siyasətçilərin yaxınlığında dəfn olunmaq üçün yüz minlərlə, hətta milyonlarla dollar ödəməyə hazırdırlar. Bu səbəbdən tanınmış qəbiristanlıqlarda belə məzar yerlərinə tələbat əhəmiyyətli dərəcədə artıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Merilin Monro ABŞ

Digər Xəbərlər