Reklam resmi
Reklam resmi

Bu ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ

Bu ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ
Dünya

İtaliyada müşahidə olunan ekstremal isti hava şəraiti səbəbindən paytaxt Roma da daxil olmaqla 22 şəhər üzrə ən yüksək – qırmızı səviyyəli hava xəbərdarlığı elan edilib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, xəbərdarlıq ölkənin Səhiyyə Nazirliyinin rəsmi saytında dərc olunub.

Bildirilib ki, qırmızı xəbərdarlıq 30 iyun və 1 iyul tarixlərində Bari, Bolonya, Venesiya, Genuya, Neapol, Florensiya, Milan və digər şəhərləri də əhatə edəcək. Ümumilikdə, həmin günlərdə 25 şəhərdə yüksək temperatur gözlənilir.

Meteoroloqlar xüsusilə uşaqlara, yaşlılara və xroniki xəstəlikləri olan şəxslərə ehtiyatlı olmağı tövsiyə edirlər. Vətəndaşlara günün ən isti saatlarında açıq havaya çıxmamaq, bol maye qəbul etmək və ağır fiziki fəaliyyətlə məşğul olmamaq məsləhət görülür.

La Repubblica qəzetinin yazdığına görə, Liquriya bölgəsinin bəzi ərazilərində kondisioner sistemlərindən həddindən artıq istifadə edilməsi səbəbindən elektrik enerjisinin verilişində fasilələr yaranıb. Romada isə turistlərin və şəhər sakinlərinin təhlükəsizliyi üçün Kolizey yaxınlığında tibbi yardım məntəqəsi yaradılıb, həmçinin sərinləşdirici su buxarlandırma sistemləri quraşdırılıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus daha əvvəl bildirmişdi ki, Avropada həddindən artıq istilər səbəbindən cəmi bir həftə ərzində 1300-dən çox insan həyatını itirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
İtaliya fövqəladə vəziyyət hava Avropa

Digər Xəbərlər