Reklam resmi
Reklam resmi

İraq ABŞ-İran danışıqlarına ev sahibliyinə hazırdır

İraq ABŞ-İran danışıqlarına ev sahibliyinə hazırdır
Dünya

İraq zərurət yaranacağı təqdirdə ABŞ və İran arasında danışıqlar üçün platforma rolunu oynamağa hazır olduğunu bəyan edib.

Ajans.az xəbər verir ki, bu barədə İraqın Rusiyadakı səfiri Əbdül-Kərim Haşim Mustafa TASS agentliyinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, İraq daha əvvəl də Vaşinqton və Tehran arasında dialoqun təşkilində vasitəçi rolunu oynayıb.

"2014-cü ildə İraq ABŞ və İran arasında ilk dolayı danışıqlara ev sahibliyi edib. Buna görə də ölkəmiz bu rolu yenidən üzərinə götürməyə hazırdır. Lakin bu, hər iki tərəfin – ABŞ və İranın – istəyindən asılıdır", – deyə səfir qeyd edib.

Əbdül-Kərim Haşim Mustafa əlavə edib ki, İran, ABŞ və İsrail arasında yaşanan gərginlik adi İraq vətəndaşlarının gündəlik həyatına ciddi təsir göstərməyib.

Onun sözlərinə görə, İsrailə və ya İrana istiqamətlənən raketlər təkcə İraqın deyil, həmçinin Suriya, Livan və bəzi hallarda İordaniyanın hava məkanından keçib.

"Təəssüf ki, raketlər İraqın hava məkanından da keçib. Lakin yalnız məhdud sayda ölkə bu cür uçuşların qarşısını almaq üçün lazımi texniki imkanlara malikdir", – deyə diplomat bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
İraq ABŞ İran

Digər Xəbərlər