Reklam resmi
Reklam resmi

Mərakeş Niderlandı məğlub edərək 1/8 finala çıxdı

Mərakeş Niderlandı məğlub edərək 1/8 finala çıxdı
İdman

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında növbəti sensasiya qeydə alınıb.

Ajans.az xəbər verir ki, 1/16 finalda Mərakeş millisi ilə qarşılaşan Niderland yığması məğlub olaraq mundialda mübarizəni dayandırıb.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Avropa təmsilçisinin heyətində 72-ci dəqiqədə Kodi Qakpo, afrikalılardan isə 90+1-ci dəqiqədə İssa Diop fərqlənib.

Əlavə vaxtda tarazlıq pozulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq (3:2) yerinə yetirən Mərakeş millisi adını 1/8 finala yazdırıb. Bu komanda növbəti mərhələdə Fransa - İsveç cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl baş tutan oyunlarda Kanada Cənubi Afrika Respublikasına, Braziliya Yaponiyaya, Paraqvay isə Almaniyaya qalib gələrək 1/8 finala adlayıb.

Mövzular:
Mərakeş Niderland futbol idman Dünya Çempionatı

Digər Xəbərlər