Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması nəticəsində ölənlərin sayı 360-ı keçib.
Ajans.az xəbər verir ki, bu barədə ölkənin Milli İctimai Səhiyyə İnstitutu (INSP) məlumat yayıb.
Məlumata görə, ölkədə indiyədək 1274 Ebola yoluxması təsdiqlənib. Rəsmi statistikaya əsasən, virusdan ölüm göstəricisi 28,3 faiz təşkil edir.
Ən ağır epidemioloji vəziyyət epidemiyanın episentri hesab olunan İturi əyalətində müşahidə edilir. Mütəxəssislərin bildirdiyinə görə, bu bölgənin payına qeydə alınmış yoluxma hallarının 91,4 faizi, ölüm hallarının isə 83,6 faizi düşür.
Səhiyyə orqanları virusun yayılmasının qarşısını almaq məqsədilə epidemioloji nəzarət, təmasda olan şəxslərin müəyyənləşdirilməsi və peyvəndləmə tədbirlərini davam etdirir.