Rusiyada tibb mərkəzinin soyuducusunda beş insan başı AŞKARLANIB
Moskvada yerləşən çoxprofilli tibb mərkəzinin soyuducusunda beş insan başı aşkar edilib.
Ajans.az xəbər verir ki. bu barədə "112" Telegram kanalı məlumat yayıb.
Məlumata görə, aşkarlama Sankt-Peterburqda vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə bağlı başlanmış cinayət işi çərçivəsində aparılan istintaq tədbirləri zamanı baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvanın Suzdalskaya küçəsində yerləşən tibb mərkəzində axtarış aparıblar.
İstintaq zamanı beş insan başının plastik torbalara yerləşdirilmiş vəziyyətdə soyuducuda saxlanıldığı müəyyən edilib.
Aşkarlanan bioloji materiallar götürülərək məhkəmə-tibbi ekspertizaya göndərilib. Hazırda hüquq-mühafizə orqanları onların mənşəyini və tibb müəssisəsində saxlanılmasının qanuniliyini araşdırır.
Mövzular: