Bu klubun futbolçusu faciəvi şəkildə HƏLAK OLUB
Hollandiyalı futbolçu Mats Qrotenberq qayıq qəzası nəticəsində 28 yaşında vəfat edib.
Ajans.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Məlumata görə, hadisə Hollandiyanın Limburq əyalətində yerləşən Mookerplas istirahət zonasında baş verib. Qrotenberq üzərkən qayıqla toqquşub və aldığı ağır xəsarətlərdən həyatını itirib.
Mats Qrotenberq 2023-cü ildə həvəskar Hercules klubunun heyətində Hollandiya Kubokunun oyununda Ajax üzərində qazanılan sensasiyalı qələbənin müəllifi kimi tanınmışdı. O, əlavə vaxtda vurduğu qolla komandasına 3:2 hesablı qələbə qazandırmış, Amsterdam təmsilçisinin turnirlə erkən vidalaşmasına səbəb olmuşdu.
Futbolçu karyerası ərzində PSV və Vitesse klublarının gənclər akademiyalarında çıxış edib, daha sonra isə TOP Oss klubunun formasını geyinib.
Mövzular: