Rusiya Ermənistana qarşı yeni məhdudiyyətlər QOYDU
Rusiya Ermənistandan balıq məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətləri genişləndirərək, daha iki müəssisənin məhsullarının sertifikatlaşdırılmasını aşkarlanmış pozuntular aradan qaldırılanadək müvəqqəti dayandırıb.
Ajans.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.
Son qərara əsasən, Ermənistandan Rusiyaya balıq və balıq məhsullarının bütün tədarükü müvəqqəti olaraq dayandırılıb. Xatırladaq ki, Rosselxoznadzor may ayından etibarən Ermənistandan məhsul idxalına mərhələli şəkildə məhdudiyyətlər tətbiq edir.
Əvvəlcə bir sıra balıq emalı müəssisələri və gül tədarükü yoxlamalara məruz qalıb, ardınca tərəvəz, göyərti və çiyələk məhsullarına məhdudiyyət tətbiq olunub. İyunun 2-dən etibarən məhdudiyyətlər çəyirdəkli meyvələr və üzümə, iyunun 12-dən isə konserv məhsulları istisna olmaqla, demək olar ki, Ermənistan mənşəli bütün bitkiçilik məhsullarına şamil edilib.
Mövzular: