İranda məscidə HÜCUM
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində məscid yaxınlığında silahlı insident qeydə alınıb.
Ajans.az Tasnim agentliyinə istinadən xəbər verir ki, hadisə şəhərin əsas məscidinin yaxınlığında, Aşura mərasimlərinin keçirildiyi ərazidə baş verib.
Məlumata əsasən, naməlum silahlı şəxslər atəş açdıqdan sonra hadisə yerindən qaçıblar.
Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Agentliyin yaydığı məlumatda bildirilir ki, hazırda Saravan şəhərində vəziyyət sabitdir, hüquq-mühafizə orqanları insidentin başvermə şəraitini araşdırır.
Mövzular: