İsraildə "Erməni soyqırımının" tanınması ilə bağlı qətnamə hazırlanır
İsrailin xarici işlər naziri Gideon Saar ölkənin Nazirlər Kabinetinin qarşıdakı iclasında İsrailin qondarma "Erməni soyqırımının" rəsmi şəkildə tanımasına çağıran qətnamə layihəsini təqdim edəcəyini açıqlayıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, bu təşəbbüs ABŞ prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı İranla münaqişədən kənarda qalmasına görə tərifləməsi və İsraillə Türkiyə arasında qarşıdurmanın baş verməyəcəyinə dair açıqlamasından sonra gündəmə gəlib.
Qətnamə layihəsində bildirilir ki, İsrail "mənəvi və tarixi öhdəlikdən irəli gələrək" Osmanlı İmperiyasının son dövründə ermənilərə qarşı törədildiyi iddia edilən soyqırımını tanıyır. Sənəddə həmçinin həmin hadisələrin inkarı, kiçildilməsi və ya təhrif edilməsinin pislənməsinin vacibliyi vurğulanır.
Sənəddə həmçinin vurğulanır ki, hazırda 30-dan çox ölkə qondarma "Erməni soyqırımını" müxtəlif formalarda tanıyıb və İsrailin də bunu "mənəvi və tarixi öhdəlik" kimi qəbul etməsinin zəruri olduğu bildirilir.