Reklam resmi
Reklam resmi

Ramazanın iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı

Ramazanın iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət

Sabah Ramazan ayının 26-cı günüdür.

Ajans.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 16-da Bakıda imsak saat 05:25-də, iftar isə saat 19:03-dədir.

Ramazan ayının iyirmi altıncı gününün duası:

"Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin".

Tərcüməsi:

"İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!"

İftardan qabaq oxunan dua:

İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!

Sabah Ramazan ayının sonuncu Qədr gecəsidir.

Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı martın 20, 21-i qeyd olunacaq.

Mövzular:
Ramazan təqvimi Ramazan ayı İmsak İftar

Digər Xəbərlər