Reklam resmi
Reklam resmi

İran hücumlarında Rusiya taktikasından istifadə edir

İran hücumlarında Rusiya taktikasından istifadə edir
Dünya

İran son hücumlarında infrastruktur hədəflərinə qarşı Rusiyanın tətbiq etdiyi taktikalara bənzər üsullardan istifadə edir.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, ötən həftəsonu İran Körfəz ərəb dövlətlərinə qarşı yüzlərlə pilotsuz uçuş aparatı ilə hücum həyata keçirib.

Hücumlar nəticəsində ABŞ-ın bölgədəki hərbi bazalarına və mühüm infrastruktura ziyan dəyib, eyni zamanda region ölkələrinin hava hücumundan müdafiə sistemləri təhdid altına düşüb.

Bildirilib ki, Tehran bu əməliyyatlarda mülki əhali üzərində psixoloji təzyiq yaratmaqla yanaşı, iqtisadi baxımdan strateji əhəmiyyət daşıyan obyektlərə zərbələr endirməyi hədəfləyən taktikalardan istifadə edir. Bu yanaşma Rusiyanın Ukraynada tətbiq etdiyi strategiyaya oxşar qiymətləndirilir.

Qeyd olunur ki, İranın hücum dronları kiçik ölçülü, aşkarlanması çətin və istehsalı nisbətən asandır. Onlar iri raketlərlə müqayisədə daha az fiziki dağıntı yaratsa da, mülki hava limanları, dəniz limanları və digər strateji obyektlər üçün ciddi təhlükə hesab olunur.

Bir sıra hallarda İran hədəf ölkələrin hava hücumundan müdafiə sistemlərini zəiflətmək məqsədilə kütləvi dron hücumlarından və ya dron və raketlərin birgə istifadəsindən yararlanıb. Hərbi analitiklərin fikrincə, bu taktikanın əsas üstünlüyü dronların kütləvi şəkildə sadə, ucuz və səmərəli istehsal olunması, həm qurudan, həm də dənizdən buraxıla bilməsidir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İran Rusiya

Digər Xəbərlər