Reklam resmi
Reklam resmi

Bu tarixdə pensiyaların yeni artımla birgə ödənişinə BAŞLANACAQ

Bu tarixdə pensiyaların yeni artımla birgə ödənişinə BAŞLANACAQ
Cəmiyyət
526

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 13-də fevral ayının pensiyalarının ödənişinə başlayacaq.

Ajans.az xəbər verir ki, bununla bağlı Nazirlikdən məlumat verilib.

Bildirilib ki, cari ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar bu artımlarla birgə və yanvar ayının artımı da əlavə olunmaqla veriləcək.

Qrafikə uyğun olaraq həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödəniləcək.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi də bu ay qrafik üzrə həyata keçiriləcək.

Mövzular:
pensiya ödənişlər

Digər Xəbərlər