Reklam resmi
Reklam resmi

Meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət LƏĞV EDİLDİ- BU ÖLKƏDƏ

Meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət LƏĞV EDİLDİ- BU ÖLKƏDƏ
Dünya

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi meymunçiçəyi epidemiyası ilə əlaqədar elan edilmiş beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyətini ləğv edib.

Ajans.az-ın məlumatına görə, bu barədə Mərkəzin açıqlamasında bildirilib.

Məlumata əsasən, qərar Fövqəladə Hallar üzrə Məsləhət Qrupunun tövsiyəsi əsasında qəbul edilib.

Qeyd edək ki, fövqəladə vəziyyət, xəstəliyin sürətlə yayılmasından sonra 2024-cü ilin avqust ayında elan edildi. Həmin dövrdə qitədə 80 minə qədər ehtimal olunan yoluxma halı və 1300 ölüm halı müəyyən edildi.

Cavab tədbirləri çərçivəsində mərkəz 1 milyard dollardan çox vəsait toplayan, icma əsaslı nəzarəti gücləndirən, laboratoriya potensialını genişləndirən, 16 ölkəyə 5 milyondan çox doza peyvənd çatdıran və minlərlə alimin iştirakı ilə birgə tədqiqatlar aparan səylərə rəhbərlik etmişdir.

Mövzular:
Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi

Digər Xəbərlər