Reklam resmi
Reklam resmi

İslandiyada tarixdə ən isti Milad gecəsi qeydə alınıb

İslandiyada tarixdə ən isti Milad gecəsi qeydə alınıb
Dünya

İslandiyada müşahidələr tarixində ən isti Milad gecəsi qeydə alınıb.

Ajans.az Danimarkanın TV2 telekanalına istinadən xəbər verir ki, İslandiya Meteorologiya İnstitutu Milad gecəsi maksimum temperaturun 19,7 dərəcə Selsiyə çatdığını açıqlayıb.

Eyni zamanda, İslandiyanın RÚV telekanalı ölkənin şərq sahilində yerləşən Seyðisfjörður şəhərində temperaturun 19,8 dərəcə Selsi olduğunu bildirib. Bu göstərici yeni temperatur rekordu kimi qiymətləndirilir.

Qeyd olunur ki, bu rəqəmlər Arktika Dairəsinə yaxın ərazidə qışın ortası üçün gözləniləndən xeyli yüksəkdir. Temperatur İslandiyanın ən isti ayı hesab edilən iyulun orta göstəricilərindən (9–15 dərəcə Selsi) təxminən 10 dərəcə yüksək olub.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İslandiya Milad

Digər Xəbərlər