Reklam resmi
Reklam resmi

Tramp: "Melaniyanı məndən daha çox sevirlər"

Tramp: \"Melaniyanı məndən daha çox sevirlər\"
Dünya

ABŞ prezidenti Donald Tramp çıxışı zamanı zarafatla həyat yoldaşı, birinci xanım Melaniya Trampın ictimaiyyət arasında ondan daha çox sevildiyini bildirib.

Ajans.az xəbər verir ki, mitinqlər zamanı tez-tez Melaniyaya sevgini ifadə edən plakatlarla rastlaşır. Tramp birinci xanıma göstərilən bu diqqətin “onu bir qədər əsəbiləşdirdiyini” deyərək zarafatla əlavə edib ki, bu mövzunu həyat yoldaşı ilə müzakirə etməli olacaqlar.

“Demək olar ki, hər çıxışımda lövhələr görürəm: ‘Biz birinci xanımımızı sevirik’. Onlar birinci xanımı sevirlər. Mən nə edə bilərəm? Açığı, bunu çox da bəyənmirəm, çünki düşünürəm ki, onu məndən daha çox sevirlər”, – deyə Tramp zarafatla qeyd edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər