Tayland Kralı parlamentin aşağı palatasını buraxdı
Tayland Kralı Maha Vajiralongkorn (X Rama) Milli Assambleyanın aşağı palatası – Nümayəndələr Palatasının buraxılması haqqında fərmanı təsdiqləyib.
Ajans.az krallığın rəsmi qəzetinə istinadən xəbər verir ki, ölkənin hazırkı azlıq hökumətinin fəaliyyəti fonunda davam edən çoxsaylı siyasi problemlər dövlətin “davamlı, effektiv və sabit şəkildə idarə olunmasını” mümkünsüz edir. Sənəddə bildirilir:
“Ən optimal həll yolu yeni ümumi seçkilərin keçirilməsi üçün Nümayəndələr Palatasının buraxılmasıdır. Bu addım siyasi qərar qəbuletmə səlahiyyətini ən qısa zamanda xalqa qaytaracaq”.
Fərmanın dərcindən sonra ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir.
Mövzular: