Reklam resmi
Reklam resmi

Bu ölkədə təyyarə 109 mərtəbəli binaya ÇIRPILDI

Bu ölkədə təyyarə 109 mərtəbəli binaya ÇIRPILDI
Dünya
641

Çinin paytaxtı Pekində kiçik mühərrikli təyyarə şəhərin ən hündür binalarından biri olan 109 mərtəbəli CITIC Tower (China Zun) göydələninə çırpılıb.

Ajans.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə binanın yuxarı hissəsindən dağıntıların yerə töküldüyü, təyyarənin quyruq hissəsinin hadisə yerində qaldığı, həmçinin yaxınlıqda dayanmış taksilərdən birinin şüşələrinin sındığı görünür.

CNN-in hadisə yerində olan müxbirinin sözlərinə görə, göydələndə olan insanlar təxliyə edilib. Binanın ətrafına çoxsaylı yanğınsöndürən, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

İlkin məlumata əsasən, qəzaya uğrayan hava gəmisi yerli istehsal olan Sunward SA60L Aurora yüngül idman təyyarəsidir. İnternetdə yayılan, hələlik rəsmi təsdiqini tapmayan uçuş məlumatlarına görə, təyyarənin marşrutu qəza baş verməzdən əvvəl kəskin şəkildə dəyişib.

Hadisənin səbəbi, eləcə də ölən və ya xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, mayın 1-dən etibarən Pekində qüvvəyə minən yeni qaydalara əsasən, hökumətin xüsusi icazəsi olmadan şəhər ərazisində pilotsuz uçuş aparatlarının (dronların) alınması, icarəyə götürülməsi və istifadəsi qadağan edilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Çin təyyarə qəza

Digər Xəbərlər