Reklam resmi
Reklam resmi

Nikol Paşinyan: “Qarşıdan gələn seçkilərdə baş nazirliyə namizəd olacağam”

Nikol Paşinyan: “Qarşıdan gələn seçkilərdə baş nazirliyə namizəd olacağam”
Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı il parlament seçkilərində “Vətəndaş Müqaviləsi” Partiyasının baş nazirliyə namizədi kimi iştirak edəcəyini bildirib.

Ajans.az xəbər verir ki,o, bunu 27 noyabrda jurnalistlərlə söhbəti zamanı açıqlayıb.

Paşinyanın sözlərinə görə, namizədlərin qeydiyyatı prosesi tam şəffaf olacaq və partiyanın fəaliyyətinin əsasında onun ideoloji prinsipləri dayanacaq. Baş nazir vurğulayıb ki, “Vətəndaş Müqaviləsi” demokratik partiyadır və bütün qərarlar açıq, kollektiv şəkildə qəbul olunur.

“Partiyamızın siyasi fəaliyyəti mənim və ya başqa bir şəxsin kimliyi ilə müəyyən olunmur. Mən partiyanın idarə heyətinə rəhbərlik edirəm və səsim əhəmiyyətlidir, lakin bu, məsələlərin şəxsi müstəvidə həll edilməsi demək deyil”, — deyə Paşinyan qeyd edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Nikol Paşinyan Ermənistan

Digər Xəbərlər