Bakı-Ağdam qatarına əlavə reyslər təyin edildi
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
Ajans.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Bakıdan Ağdama gedən reys səhər saat 07:10-da yola düşəcək. Ağdamdan Bakıya qayıdan reys isə 18:20-da hərəkət edəcək.
"Bu marşrut üzrə 8 və 9 noyabr tarixlərində iki istiqamətdə səfər edə bilərsiniz. Bayrağımızın qürurla dalğalandığı Qarabağa getmək üçün biletinizi dəmiryol kassalarından, saytımızdan və "ADY Mobile" tətbiqindən elə indi alın", - məlumatda qeyd edilib.
Mövzular: