Reklam resmi
Reklam resmi

Oğurluqdan sonra Luvr muzeyi yenidən ziyarətçiləri qəbul etməyə başlayır

Oğurluqdan sonra Luvr muzeyi yenidən ziyarətçiləri qəbul etməyə başlayır
Dünya

Dünyanın ən böyük muzeylərindən biri olan Luvr, baş vermiş oğurluq hadisəsindən sonra bu gün –oktyabrın 20-də yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 11:00) qismən ziyarətçilərin üzünə açılacaq.

Ajans.az xəbər verir ki,bu barədə məlumatı BFMTV muzeyin mətbuat xidmətinə istinadən yayıb.

Məlumata görə, muzeyin bəzi bölmələri hələ də bağlı qalır və təhlükəsizlik tədbirləri çərçivəsində ziyarətçilərin hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq.

Qeyd edək ki, Luvr muzeyində baş vermiş son oğurluq hadisəsi Fransa ictimaiyyətində və beynəlxalq aləmdə geniş rezonans doğurub. Hazırda insidentlə bağlı araşdırmalar davam edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Luvr muzeyi Fransa

Digər Xəbərlər