Reklam resmi
Reklam resmi

Hollandiya Ukraynaya 90 milyon avroluq hərbi yardım ayırır

Hollandiya Ukraynaya 90 milyon avroluq hərbi yardım ayırır
Dünya

Hollandiya Ukraynaya əlavə 90 milyon avro məbləğində hərbi yardım paketi hazırlayır. Bu vəsait kəşfiyyat və hücum məqsədli pilotsuz uçan aparatların (PUA) istehsalı üçün istifadə ediləcək.

Ajans.az xəbər verir ki,məlumatı Hollandiyanın müdafiə naziri Ruben Brekelmans NATO üzv ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasında açıqlayıb, xəbər RBC-Ukraynaya istinadən verilir.

Brekelmans bildirdi ki, Ukraynaya dəstək indi daha vacibdir, çünki ölkənin enerji infrastrukturu hər gün güclü hava hücumlarına məruz qalır. Nazir Ukraynanın qarşıdakı qışı müharibədən sonra ən ağır qış kimi qiymətləndirdiyini vurğulayıb və yardımın davamlılığının təmin edilməsinin zəruri olduğunu söyləyib.

“Biz Ukraynaya davamlı yardım axınını təmin etməliyik. Hollandiya hər zamankından daha çox iş görür. Bir neçə gün əvvəl mən 200 milyon avro dəstək elan etdim. Bu gün isə kəşfiyyat və hücum PUA-ları üçün əlavə 90 milyon avroluq paket təqdim edəcəyəm,” — deyə Brekelmans qeyd edib. O əlavə edib ki, Ukraynanın özündə dron istehsalı üçün hələ də əhəmiyyətli sənaye potensialı mövcuddur və bu səbəbdən Hollandiyanın bu sahəyə əlavə resurs yatırdığı vurğulanıb.

Nazir həmçinin Rusiya rəhbərliyinin müharibəni davam etdirməsinin “ucuz başa gəldiyi” hissinin aradan qaldırılmasının vacibliyini vurğulayıb və bildirib ki, məqsəd müharibənin Rusiya və onun rəhbərliyi üçün baha başa gəlməsini təmin etməkdir. Brekelmans davamlı hərbi yardımın, ikitərəfli dəstək mexanizmlərinin və dondurulmuş Rusiya aktivlərinin uzunmüddətli öhdəlik vasitəsi kimi istifadə edilməsinin önəmini qeyd edib.

“Biz Ukraynaya dərin zərbə imkanları ilə kömək etməliyik ki, Rusiyanın xərcləri artsın. Həmçinin sanksiyaları və iqtisadi təzyiqləri artırmalıyıq ki, Putin müharibəni davam etdirə bilməyəcəyini anlasın. Nəhayət, biz Ukrayna ilə birlikdə qalib gələcəyik,” — deyə müdafiə naziri əlavə edib.

Brekelmans həmçinin bildirib ki, Hollandiya ABŞ-ın Ukraynaya uzaqmənzilli “Tomaqavk” raketlərinin verilməsi ilə bağlı hər hansı qərarını dəstəkləyəcək: “Bu, ABŞ-ın qərarıdır, lakin onlar Tomaqavkları verməyə razılaşsalar, biz bunu mütləq dəstəkləyəcəyik.”

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Hollandiya Ukrayna

Digər Xəbərlər