"Nissan"la motosiklet toqquşdu - Yaralanan var
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "Nissan" markalı avtomobillə motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü - 1966-cı il təvəllüdlü Kərəm Həsənov yaralanıb. O dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. \ unikal.az
Mövzular: