Yaponiyada güclü ZƏLZƏLƏ
Yaponiyanın mərkəzi hissəsində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Tokio ilə qonşu olan Çiba prefekturasında, 50 kilometr dərinlikdə yerləşib.
İlkin məlumata görə, təbii fəlakət nəticəsində ölən, yaralanan və ya dağıntı qeydə alınmayıb.
Zəlzələdən dərhal sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilsə də, bir neçə dəqiqə sonra ləğv olunub. Yeraltı təkanlar paytaxt Tokioda da hiss edilib.
Mövzular: