Çindən AÇIQLAMA: Ukraynaya qoşun göndərməyə...
Çin hökuməti Avropa İttifaqı diplomatlarına Ukraynada atəşkəs əldə olunarsa, Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarəti altında Ukraynaya sülhməramlılar göndərməyə hazır olduğunu bildirib.
Ajans.az xəbər verir ki, bu haqda Almaniyanın “Welt” qəzeti Aİ mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Çinin bu təklifi Aİ-də heç də birmənalı qarşılanmayıb. Bəzi diplomatlar iddia edir ki, Qərb ölkələri xaricindəki ölkələrin prosesə cəlb olunması sülhməramlı qüvvələri Rusiya üçün daha məqbul edə bilər.
Digərləri isə Pekinin neytral qalaraq Moskvaya yaxın qala biləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Mövzular: