Reklam resmi
Reklam resmi

Sudanda hərbi qüvvələr kolumbiyalı təyyarəsini vurub: 40 nəfər ölüb

Sudanda hərbi qüvvələr kolumbiyalı təyyarəsini vurub: 40 nəfər ölüb
Dünya

Sudanın qərbində, Cənubi Darfur əyalətinin paytaxtı Nyalada eniş edən və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus olduğu iddia edilən təyyarə Sudan hərbi hava qüvvələri tərəfindən vurulub.

Ajana.az Haber Global-a istinadən xəbər verir ki,təyyarədə onlarla kolumbiyalı muzdlunun olduğu bildirilib.

Hadisə nəticəsində azı 40 kolumbiyalı muzdlunun həlak olduğu, Çevik Dəstək Qüvvələrinə (HDK) göndərilən sursatların isə məhv edildiyi açıqlanıb.

Kolumbiya prezidenti Qustavo Petro “X” sosial platformasında hadisəyə münasibət bildirərək, muzdlu əsgərlərin qanunla qadağan edilməsinə çağırıb: “Bu, insan alverinə bənzəyir. İnsanlar öldürmək üçün mallara çevrilir. Gəncləri ölümə göndərənlər qatildir”.

Prezident Petro, Misirdəki səfirə kolumbiyalıların ölüm sayını araşdırmağı tapşırdığını, hazırda təsdiqlənməmiş 40 ölüm faktının olduğunu vurğulayıb.

Son aylarda sosial mediada yayılan görüntülərdə HDK sıralarında əcnəbi döyüşçülərin iştirak etdiyi və təlim keçdiyi əks olunub. Sudan Xarici İşlər Nazirliyi isə ötən ilin dekabrında Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Murillonun HDK ilə döyüşən bəzi kolumbiyalılar üçün rəsmi üzr istədiyini xatırladıb.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Sudan Kolumbiya

Digər Xəbərlər