Reklam resmi
Reklam resmi

Türkiyədə ağır yol qəzası olub, ÖLƏN VƏ YARALANANLAR VAR

Türkiyədə ağır yol qəzası olub, ÖLƏN VƏ YARALANANLAR VAR
Dünya

Türkiyədə ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası olub.

Ajans.az “Report” -a istinadən xəbər verir ki, bu barədə yerli mətbuatada məlumat yayılıb. 

Məlumata görə, hadisə Sivasda qeydə alınıb. Mikroavtobusla əks istiqamətdən gələn minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım, jandarm, polis əməkdaşları, xilasedicilər cəlb edilib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobusun sürücüsü qəzadan sonra hadisə yerindən qaçıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Mövzular:
qəza avtomobil nəfər yaralı ölüm Türkiyə

Digər Xəbərlər