Reklam resmi
Reklam resmi

Göygöldə quyuya düşən şəxs xilas olundu

Göygöldə quyuya düşən şəxs xilas olundu
Hadisə

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göygöl şəhərində 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ajans.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində dərinliyi təqribən 7 metr olan quyudan 1 nəfərin xilas olunması təmin edilib.

Mövzular:
quyu Göygöl FHN köməksiz xilas olmaq

Digər Xəbərlər