Reklam resmi
Reklam resmi

Ağır avtomobil qəzası: Moskvaya gedən yol bağlandı

Ağır avtomobil qəzası: Moskvaya gedən yol bağlandı
Dünya

Rusiyanın Tver vilayətində M-11 avtomobil yolunun 195-ci kilometrliyində ağır avtomobil qəzası baş verib.

Ajans.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi və Dövlət Yol Müfəttişliyindən məlumat verilib.

Məlumata görə, iki yük maşını və bir minik avtomobili toqquşub, daha sonra yanğın başlayıb.

Qəza nəticəsində iki nəfər xəsarət alıb.

İlkin xəbərlərə görə, sürücülərdən biri epilepsiya tutması keçirib.

Qəzanın təkərin yük maşınından qopması səbəbindən baş verə biləcəyi də bildirilir.

Moskva istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər Xəbərlər