Reklam resmi
Reklam resmi

PUA hücumu: Rusiyanın 6 hava limanı bağlandı

PUA hücumu: Rusiyanın 6 hava limanı bağlandı
Dünya

Ukraynanın PUA hücumu nəticəsində Moskvanın Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanları bağlanılıb.

Ajans.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

“Təhlükəsizliyin təmin olunması məqsədilə Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarında təyyarələrin uçuşu və qəbuluna müvəqqəti məhdudiyyət tətbiq edilib”, - məlumatda qeyd olunub.

Məlumata görə, Nijni Novqorod şəhərinin Striqino, Yaroslavl şəhərinin Tunoşna hava limanları da hücum səbəbindən bağlanılıb.

Mövzular:
PUA

Digər Xəbərlər