Netanyahu girovlar üçün 5 milyon dollar ödəyəcək
İsrail HƏMAS hərəkatının əsarətindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazır olduğunu açıqlayıb.
Ajans.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu noyabrın 19-da Qəzza zolağına səfəri zamanı bildirib.
“Bu vəziyyətdən çıxmaq istəyənlərə deyirəm: kim bizə girov gətirsə, təhlükəsiz çıxışı təmin edəcəyik. Həm onun, həm də ailəsinin”, - deyə Netanyahu fələstinlilərə müraciət edərək mükafatın məbləğini açıqlayıb.
“Seçim sənindir. İstənilən halda nəticə eyni olacaq: biz hamını geri qaytaracağıq”, - o əlavə edib.