Naxçıvan Hava Limanına yeni rəhbər təyin olundu
![Naxçıvan Hava Limanına yeni rəhbər](https://ajans.az/uploads/images/202502/image_940x_67ac64510e9a5.webp)
Naxçıvan Beynəlxalq Hava Limanında direktor müavini vəzifəsinə təyinat olub.
Ajans.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan “APA”ya bildirilib.
Qeyd olunub ki, Salman Məmmədli Naxçıvan Beynəlxalq Hava Limanının direktorunun müavini təyin olunub. Ona həmçinin, direktor vəzifəsinin əmək funksiyalarının icrası həvalə edilib.