Narkotik satan keçmiş məhkum yenidən həbs edildi - VİDEO

Kriminal
13-02-2025 - 09:21
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Gəncə şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Ruslan Əliyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ajans.az-a bildirilib ki, ondan 4 kiloqrama yaxın marixuana və tiryək aşkar olunub. Saxlanılan şəxs əldə etdiyi narkotik vasitələrin ölkə ərazisində satışını təşkil etməyi planlaşdırıb.
Məhkəmənin qərarı ilə R.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Məşhur müxbir KOMADADIR: Sevgilisi birinci onu güllələdi, sonra da... - ŞOK
Kriminal13:22 / 15-11-24
Ailəsini qətlə yetirdi, üstəlik də 4 il cəsədləri ilə YAŞADI - ƏTRAFLI/FOTO
Kriminal16:55 / 11-10-24