Narin cinayəti ilə bağlı yeni DETALLAR: Onu basdıran şəxsin qızı...

Diyarbəkirdə itdikdən 19 gün sonra cansız cəsədi tapılan Narin Güranın qətlinin araşdırılmasından 58 gün keçərkən, ortaya çıxan məlumat böyük əks-səda yaradıb.
Ajans.az xəbər verir ki, Narinin cansız cəsədini dərənin kənarında basdıran Nevzat Bəxtiyarın qızının keçmiş kənd muxtarının nəvəsi tərəfindən qaçırılaraq hamilə qaldığı öyrənilib. Bu səbəbdən Bəxtiyarın keçmiş muxtarın evinə silahla soxularaq onu boğmağa çalışdığı bildirilir. Bu hadisələr zamanı Səlim Güranın da orada olduğu iddia edilib və Bəxtiyarı sakitləşdirib. Məsələ ilə bağlı sosial şəbəkə izləyicilərinin rəyləri təəccüb doğurub. Bir qisim vətəndaşlar bu prosesi “ədalət” adlandırıb.
Narin Güranın qətli ilə bağlı məhkəmə prosesində anası Yüksel Güran, dayısı Səlim Güran, böyük qardaşı Enes Güran və Nevzat Bəhtiyarın iştirak edəcəyi gözlənilir. 8 yaşlı Narin Güranın qətlində əsas şübhəli kimi 4 nəfər müəyyən edilib. Ümumilikdə 12 nəfər hakim qarşısına çıxarılacaq.