Mövqelərimiz atəşə tutuldu - MN

Mövqelərimiz atəşə tutuldu -
Siyasət 20-03-2025 - 20:05

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə Ajans.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 20-si saat 12:30-dan 15:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax və Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

PAYLAŞ: